“Biz Gürcüstanı tamhüquqlu üzv kimi görmək istəyirik”backend

Gürcüstanın baş naziri Kobaxidze ilə görüşən Stoltenberq bu ölkəni Avro-Atlantik ailəsinə salamladıqlarını bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstanı hərbi alyansın bir hissəsi kimi görmək istədiklərini bildirib. Stoltenberq NATO-nun mənzil-qərargahında Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşüb.

NATO tərəfdaşı olan Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirən Stoltenberq Rusiyanın işğal olunmuş bölgələrdə ilhaq qərarının qəbuledilməz olduğunu vurğulayıb.

“Biz Avro-Atlantik Ailənin tam üzvlərini görmək istəyirik”

Gürcüstan və NATO arasında tərəfdaşlığın daha da necə inkişaf etdiriləcəyini müzakirə edəcəklərini bildirən Stoltenberq deyib:

Biz Gürcüstanın Avro-Atlantik Ailənin tamhüquqlu üzvlüyünə, daha böyük demokratiyaya və firavanlığa doğru irəlilədiyini görmək istəyirik. O, ilk xarici səfərini Brüsselə edib.

Kobaxidze həmçinin bildirib ki, vəzifəsinin icrasına başladıqdan sonra ilk xarici səfəri Brüssel, Aİ və NATO-ya olub və bu, onun ölkəsini sözügedən “ailə”nin bir hissəsi etmək istəyini əks etdirir.

Ölkəsinin bu illər ərzində NATO-nun rəhbərlik etdiyi missiya və əməliyyatlarda iştirak etdiyini deyən Kobaxidze bunun müdafiə qabiliyyətinin NATO ilə uyğunlaşmasına töhfə verdiyini bildirib.

 “Torpaqlarımızın 20 faizi işğal altındadır”

Kobaxidze ölkəsinin ərazisinin 20 faizinin işğal altında olduğunu vurğulayıb və NATO və müttəfiqlərini hər zamankindən daha çox ölkəsini dəstəkləməyə çağırıb.

Dünən Kobaxidze Aİ Şurasının sədri Çarlz Mişel, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel və Avropa Komissiyasının qonşuluq və genişlənmə üzrə məsul üzvü Oliver Varhelyi ilə görüşüb.

Xatırladaq ki, Gürcüstan Aİ-yə namizəd ölkə statusunu 2023-cü ilin dekabrında alıb.

Mənbə: EnSonHaber

Aynur Camal