“Biz hələdə inanırıq ki, KTMT regionu tərk edir” – Simonyanbackend

KTMT baş katibinin Ermənistana gəlişi ölkə rəhbərliyinin KTMT-nin regionu tərk etməsi ilə bağlı fikrini dəyişmədi.

“Yeni Gundem” erməni mənbələrinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Biz hələ də inanırıq ki, KTMT regionu tərk edir və bu səfər heç nəyi dəyişməyib: KTMT heç nə etmir və faktiki olaraq öz yoxluğunu nümayiş etdirir”.

Simonyan qeyd edib ki, Ermənistan heç nədən asılı olmayaraq öz təhlükəsizliyini təmin etmək üçün lazımi addımlar atır və onun bu təşkilata üzvlüyü buna maneə deyil, baxmayaraq ki, bəzən KTMT ölkələri buna kifayət qədər kəskin reaksiya verirlər.

Fərahim Rəhimov