“Biz Rusiyanın hücumunu dəf etməyə hazırıq”backend

Moskva hücum həyata keçirmək qərarına gəlsə, Britaniya Rusiyanın hücumunu dəf etməyə hazır olacaqdı. Bu barədə Böyük Britaniya hökumətinin başçısı Rişi Sunak TalkTV-yə müsahibəsində danışıb.

“Bəli. Mənim işim ümumi təhlükəsizliyimizi təmin etməkdir” deyən siyasətçi krallığın Britaniyaya “silahını çevirəcəyi” təqdirdə Rusiyanı dəf etməyə hazır olub-olmaması ilə bağlı suala cavab verib.

Sunak həmçinin Böyük Britaniyanın “yaxşı qorunduğunu” bildirib. Rishi Sunak qeyd edib ki, Britaniya “NATO-da müdafiəyə ən çox pul xərcləyən ikinci ölkədir”.

Bundan əlavə, siyasətçi Ukraynadakı münaqişənin NATO müttəfiqlərini birləşdirdiyi üçün Moskvanın Qərblə qarşıdurmada guya “strateji məğlubiyyətə uğradığı” fikrini ifadə edib.

Bundan əvvəl Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps demişdi ki, Kiyevin Qərb müttəfiqləri Londondan nümunə götürməli və Ukraynaya yardımı artırmalıdır.

Nazir bildirib ki, Rişi Sunak Kiyevə səfəri zamanı hərbi dəstəyin həcmini 2,5 milyard funt-sterlinqə artırdığını açıqlayıb. İngiltərəyə hərbi yardımın ümumi məbləği 7 milyard funt sterlinqi keçib.

Mənbə: Lenta.Ru

Aynur Camal