“Biz Ukraynanın yanındayıq”backend

Baerbok Ukrayna ilə bağlı Rusiya prezidenti Putini hədəfə alıb. Alman nazir “O, insanların başına tapança dayadır” deyib.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Ukraynanın yanında olduqlarını bildirib. Baerbok Braziliyada keçiriləcək G20 Xarici İşlər Nazirləri Toplantısı öncəsi yazılı açıqlama verib.

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya “ölçüsüz ağrılar verməyə davam etdiyini” ifadə edən Baerbok, “O, sözün əsl mənasında oradakı insanların başına silah dayadır” deyib. Və  Putinə səslənib: Dünyanın unudacağını düşünürsə, yanılır.

Baerbok açıqlamasına bu ifadələrlə davam edib:

Putin düşünürsə ki, 2 ildən sonra dünya Ukraynadakı müharibəyə və onun dramatik qlobal nəticələrinə görə kimin məsuliyyət daşıdığını unudacaq, yanılır.

Biz BMT-nin fundamental prinsiplərindən heç vaxt imtina etməyəcəyik və lazım olduğu qədər və xalqı yenidən sülh və azadlıq içində yaşayana qədər Ukraynanın yanında olacağıq.

Baerbok beynəlxalq hüquqa sadiqliyi ilə Rusiya hökuməti kimi yalnız ən güclülərin hüquqları ilə maraqlanan dünya aktyorlarının amansızlığına qarşı olduqlarını vurğulayıb.

 “Gecikmiş, lakin vacib addımlar”

Almaniyalı nazir həmçinin qeyd edib ki, hazırda Dünya Bankının mandatına iqlimin qorunması daxildir və Afrika İttifaqının G20-də iştirakı gecikmiş, lakin mühüm addımlardır.

G20 toplantısında Rusiya-Ukrayna müharibəsi, İsrailin Qəzzaya hücumları və Yaxın Şərqdəki gərginlik mühüm məsələlərdəndir.

G20-də Türkiyə, Almaniya, Fransa və ABŞ-dan başqa Rusiya və Çin də iştirak edir.

G20 ölkələri qlobal iqtisadi gücün təxminən 80 faizini təşkil edir. G20 ölkələri dünya əhalisinin 60 faizini təşkil edir.

Mənbə: EnSonHaber

Aynur Camal