“Bizim işləməyə həvəsimiz yoxdur”backend

Almaniyada hökumətə böyük reaksiya var. İşləyən əhalinin vergisi hesabına dolanan qaçqın deyir ki, “işləmək istəmirəm, sosial yardımlar sayəsində rifah içində yaşayıram”.

Onun sözləri ictimaiyyətin hakimiyyəti tənqid etməsinə səbəb olub.

Qaçqının rahat münasibəti sosial mediada trend yaradıb. Hər il minlərlə immiqrant Yaxın Şərqdən Avropaya sığınacaq axtarır.

Ödənilən sosial yardıma görə, qaçqınların Avropada ilk seçimi adətən Almaniya olur. Qaçqınlara verilən yardımlar Almaniyada tənqid mövzusudur, burada işləyən əhali çətinliklə dolanır…Onlar işləməyə üstünlük vermirlər

Bu çərçivədə 2 il əvvəl Almaniyaya sığınan əfqan ailənin bir alman kanalına verdiyi müsahibə ölkədə böyük əks-səda doğurub.

Beş nəfərlik ailədə heç kim işləməsə də, ailə dövlət yardımı ilə firavan yaşayırdı və bu, Almaniya vətəndaşlarının hökuməti sərt tənqid etməsinə səbəb olurdu.

Çox yaxşı almanca danışsalar da, ər və arvad alman dilini yaxşı bilmədiyini deyərək işləmirlər və işsizlik müavinəti ilə dolanırlar.

Sahəsi 120 m2 olan 4 otaqlı evdə yaşayan ailə dövlətdən hər ay 2 min avroya yaxın pul alır.

Digər tərəfdən, sözügedən ailənin kirayə, hesab, xəstəxana xərcləri, uşaq bağçası xərcləri, alman dili kursu xərcləri kimi bir çox xərcləri dövlət tərəfindən qarşılanır.

İşçilər hər ay işsizlər üçün vergi ödəyirlər

Əhalinin əksəriyyətinin 1500-2500 avro arasında maaş aldığı Almaniyada ev kirayələri 1000 avrodan başlayır.

Digər tərəfdən, Almaniya vətəndaşları işsizlərə kömək etmək üçün hər ay maaşlarının bir hissəsini işsizlik vergisi kimi ödəyirlər.

İşləyən əhalinin vergiləri hesabına dolanan qaçqınların rahat münasibəti Almaniyada hökumətə qarşı böyük tənqid obyektinə çevrilib.

Mənbə: EnSonHaber

Aynur Camal