Blinken Qəzza üçün arzu olunan idarəçiliyi təsvir edirbackend

“Münaqişədən sonra Qəzza zolağı İordan çayının qərb sahili ilə Fələstin administrasiyası altında birləşdirilməlidir”.

“Yeni Gundem” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Qəzzanın arzu olunan idarə olunmasından danışarkən deyib.

Onun sözlərinə görə, belə bir razılaşmanın necə həyata keçiriləcəyi ilə bağlı təfərrüatlar olmasa da, bu, yaxın gələcəkdə həll yolu olmayacaq. Lakin İordan çayının qərb sahilinin bəzi hissələrini idarə edən Fələstin Muxtariyyətinə hakimiyyəti bərpa etmək hətta İsrail HƏMAS-ın hakimiyyətinə son qoymağı bacarsa belə asan olmayacaq, deyib.

Bir müddət əvvəl ABŞ dövlət katibi Antoni Blinken bildirmişdi ki, ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinə təhlükə İran tərəfdarlarından gəlir, lakin Vaşinqton buna hazırdır.

Mənbə: Lenta.Ru

Aynur Camal