Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Griffiths, “Oktyabrın 7-dən bəri 10 min fələstinlinin öldürülməsi bəşəriyyətə meydan oxuyur” deyib.
Sosial media hesabında paylaşım edən Griffiths bu açıqlamaları verib: “Qəzza Səhiyyə Nazirliyinin məlumatlarına görə, oktyabrın 7-dən bu yana 10 min fələstinli həyatını itirib. Bir ayda 10 min adam. Bu, insanlığın təməl dəyərlərinə meydan oxuyur.”
BMT-nin baş katibi Quterreş “Hər gün qız və oğlanların öldürüldüyü və yaralandığı Qəzza uşaqlar üçün qəbiristanlığa çevrilib” deyib.
O, təcili humanitar atəşkəs çağırışını təkrarladı.
Mənbə: İLKHA
Aynur Camal