BMT daha 1 il müddətində Kiprdəbackend

BMT Təhlükəsizlik Şurası 1964-cü ildən 60 ildir Kiprdə olan BMT Sülh Qüvvələrinin mandatını daha bir il uzadıb.

KKTC Xarici İşlər Nazirliyi Türkiyə tərəfinin razılığı olmadan qəbul edilən qərara etiraz edərək, BMT Sülh Qüvvələrinin Kiprdəki qeyri-sabit vəziyyətin mühafizəçisinə çevrildiyini bildirib.

Xarici İşlər Nazirliyi Türkiyə tərəfinin xoş niyyəti çərçivəsində Sülh Qüvvələrinin ŞKTC ərazisində olduğuna diqqət çəkib və Təhlükəsizlik Şurasının birtərəfli qərarının qəbuledilməz olduğunu vurğulayıb. BMT Sülh Qüvvələri KKTC ilə Yunanıstan administrasiyası arasında sərhədi təşkil edən bufer zonada fəaliyyət göstərir. Sülh Qüvvələrinin də KKTC-də düşərgələri var.

Mənbə: hurriyyət.tr

Aynur Camal