BMT: Ölənlərin sayı 30 mini, yaralıların sayı isə 70 mini ötməsindən dəhşətə gəlirikbackend

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Qəzzada şəhidlərin sayının 30 mini, yaralıların sayının isə 70 mini keçməsindən “dəhşətə düşdüyünü” bildirib.

Sionist işğalçıların Qəzzə şəhərinin qərbində yardım gözləyənlərə qarşı vəhşicəsinə hücumu nəticəsində ən azı 150 fələstinli şəhid olub, 1000 nəfər yaralanıb.

Söz mövzusu hücumla bağlı BMT-nin sözçüsü Stefan Dujarrik BMT baş katibi Quterreş adından yazılı açıqlama verib.

Açıqlamada Quterreşin Qəzzada şəhid sayının 30 mini, yaralı sayının 70 mini keçməsindən “dəhşətə düşdüyü” və hələ də naməlum sayda insanın dağıntılar altında qaldığı bildirilib.

Bəyanatda aşağıdakı ifadələr yer alıb:

“Baş katib Qəzzanın şimalında 100-dən çox insanın həyatını xilas etmək üçün kömək istəyərkən öldüyü və ya yaralandığı bildirilən hadisəni pisləyir. Qəzzada çarəsiz qalan mülki əhalinin, o cümlədən Birləşmiş Millətlər Təşkilatının mühasirəyə düşdüyü şimalda yaşayanların təcili yardıma ehtiyacı var.

Baş katib təcili humanitar atəşkəsə və bütün girovların qeyd-şərtsiz azad edilməsinə çağırışını təkrarlayır. O, bir daha vacib humanitar yardımların Qəzzaya daxil olması və ehtiyacı olan hər kəsə çatdırılması üçün təcili addımlar atmağa çağırır”.

Mənbə: İLKHA

Aynur Camal