BMT: Qəzzada öz vəzifəmizi yerinə yetirməyimizə daim mane olurlarbackend

Birləşmiş Millətlər Təşkilatından verilən açıqlamada Qəzzada humanitar yardım işçilərinin vəzifələrini yerinə yetirmələrinin davamlı olaraq qarşısının alındığı açıqlanıb.

Birləşmiş Millətlər Təşkilatının sözçünün müavini Fərhan Haq mətbuat konfransı keçirərək Qəzzada son vəziyyətlə bağlı danışıb.

İsrailin Şifa xəstəxanası və ətrafındakı “hərbi əməliyyatı”nın dördüncü gününə girdiyini bildirən Haq, bütün tərəflərin beynəlxalq humanitar hüquqa hörmət etməli olduğunu, mülki şəxslər və xəstəxanalar da daxil olmaqla, bütün mülki infrastrukturun qorunmalı olduğunu vurğulayıb.

“Aclığa qarşı mübarizə”

Haq, Qəzzada insanların şok edici səviyyədə xəstəlik və aclıq ilə mübarizə apardığını, BMT və onun humanitar tərəfdaşlarının hər cür səy göstərdiyini izah edib.

“Lakin, xüsusilə şimalda vəzifəmizi yerinə yetirməyimizə davamlı olaraq mane oluruq” deyən Hak, təhlükəsizlik riskləri, davamlı bombardmanlar, mülki asayişin olmaması və giriş maneələrinin humanitar yardım əməliyyatlarını məhdudlaşdırmağa davam etdiyini bildirib.

“İnsanlar aclıq astanasındadır”

Qəzzada insanların aclıq astanasında olduğunu xatırladan Haq, “Qəzzəyə yardım tökmək lazımdır” deyib.

Münaqişəyə son qoyulmalı olduğunu vurğulayan Haq qeyd edib ki, bütün tərəflər müharibə qaydalarına əməl etməli və yardım təşkilatlarına təhlükəsiz, davamlı və qeyd-şərtsiz girişi təmin etməlidir.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 14 mini uşaq, 9 min 220-si qadın olmaqla 31 min 988 fələstinli həlak olub, 74 min 188 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Xəbər mənbəyi: Anadolu Agentliyi (AA)

Aynur Camal