“BMT TŞ-nın hərəkətsiz olması və müəyyən maraqlara işləməsi dünya nizamına ayrı seçkilikdir” – Deputatbackend

Azərbaycan Qoşulmama Hərəkatın ən gənc üzvü olmasına baxmayaraq 7-ildən sonra sədrilik etməyə başlamışdır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrilik dövründə dünya gündəmi dəyişən COVİD-19 yeni növ karonaviruspandemiyası həyatımıza daxil oldu. COVİD-19-un meydana gəlməsi ilə bağlı canlı təmaslarda məhdudiyyətlərin yaranması beynəlxalq təssisatlarda da canlı görüşlərin keçirilməsinin ləğv olunmasına gətirib çıxarmışdı. Amma Prezident İlham Əliyevin təcrübəsi və hər bir vəziyyətdə qərar qəbul etmək bacarığı COVİD-19 dövründə də yeni online formatında görüşlər keçirmək  təcrübəsini meydana gətirdi.

Bu sözləri “Yeni Gundem-ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Millət vəkili vurğulayıb ki,Azərbaycanın Qoşulmama Hərəkatına sədrilik etdiyi dövürdə fəaliyyət göstərməkdə ümumi  çətinlik yaransa da dünya gündəmi üçün vacib qərarlar qəbul edilib.

“Demək olar ki, dünya praktikasında online iclas keçirilməsi ilk dəfə olaraq Qoşulmama Hərəkatında baş tutmuşdur. Sonradan bu təcrübə digər beynəlxalq təşkilatalara da ötürüldü. Azərbaycanın Qoşulmama Hərəkatına sədrilik etdiyi dövürdə fəaliyyət göstərməkdə ümumi  çətinlik yaransa da dünya gündəmi üçün vacib qərarlar qəbul edildi. Beləki, Qoşulmama Hərəkatının adından BMT-yə xüsusi sesiyanınçağırılması ilə bağlı müraciət olundu. 3-4 dekabr 2020-ci ildə BMT-nin xüsusi sesiyası çağırıldı..   23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilmişdir. Qoşulmama Hərəkatına sədrilik etdiyimiz dönəm həm də bu təşkilatın təsissatlanması fazası oldu. Beləki, təşəbbüsümüzlə QH-nınParlament və Gənclər şəbəkələri yaradıldı. 2 martda öz işinə başlanan Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü səsləndirilənvacib çağırışlar və təşəbbüslərlə yadda qaldı. Beləki, QH-nınsədri Prezident İlham Əliyevin geniş nitqində bu gün qütbləşmə gedən dünyada yeni dünya nizamının yaradılması ilə bağlı çox vacib məsələ gündəliyə gətirildi. BMT TŞ-nınhərəkətsiz olması və müəyyən maraqlara işləməsi dünya nizamına ayrı seçkilik, ikili standartlar və selektiv yanaşmalar gətirmişdir. Ona görə də BMT TŞ-da islahatların aparılması, daimi üzvülər olaraq dünyanın bütün qitələrin nümayəndələrinin və Qoşulmama Hərəkatının sədri ölkəsinin təmsili məsələlərinin vacibliyi qeyd olundu. Ona görə ki, Afrika kimi böyük bir qitədən TŞ-da daimi üzvü olmadan bu qitə haqqında qərarların qəbulu düzgün deyil. O cümlədən yer kürrəsi əhalisinin 2 milyarda yaxını müsəlman olduğu təqdirdə müsəlmanların nümayəndəsinin iştirakı olmadan onların taleyi haqqında ədalətli qərarlar qəbul oluna bilməz. BMT TŞ-da dünyanın ən böyük təsisatı olan QH-nın sədrinin BMT TŞ-da olmaması heç bir məntiqə uyğun gəlmir. Bütün bunlar dünya nizamı üçün vacib məsələlərdir.Həm də Prezident İlham Əliyev dünyada neokolonizm meylinin artdığnı müşahidə etdiyini və tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməli olduğunu bildirdi. Beləki Prezident İlham Əliyev xüsusilə Fransanın müstəmləkə və neokolinzmbaxışlarının dəyişilmədiyini təəssüflə qeyd etdi: “Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq.”Bu çağırış həm də BMT TŞ-da daimi üzvü olan Fransanın dünya nizamı üçün təhlükəli qərarlar qəbul etməyə cəhd etdiyini və öz köhnə baxışlarından əl çəkilməsinə çağırışlı bir mesaj olduğunu hesab edirəm.Zirvə toplantıda həm də pandemiyanın Davamlı İnkişaf Məqəsdlərin nin icra olunmasına mənfi təsirlərinin göstərildiyini nəzərə alınaraq 2030-cu ilin gündəliyinininicrasına vaxtında nail olmaq üçün qlobal səylərin gücləndirilməsi təkilf olundu. Bununla əlaqədar Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməyə çağırış edildi və Azərbaycanın bu çağırışa qoşularaq 1 milyon ABŞ dollar vəsait ayırdığını bəyan olundu”-deyə o qeyd edib.

Fərahim Rəhimov