“BMW” piyadanı vurub aşdı, 3-ü bacı olmaqla 4 nəfər yaralandı – Fotolarbackend

Hacıqabulda avtomobilin aşması nəticəsində 4 nəfər xəsarət alıb.

“Yeni Gündəm”in məlumatına görə, hadisə rayonun  Atbulaq kəndində baş verib.

Məlumata görə, Bakı şəhər sakini Cəlal Məmmədovun idarə etdiyi “BMW” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanmış piyadanı vurduqdan sonra aşıb.

Qəza zamanı Şirvan sakini Sərvərov Bahadur Sərvər oğlu, Bakı şəhər sakinləri: Vahidova Həqiqət Əhəd qızı, Orucova Gülcahan Əhəd qızı və Ağayeva Şirin Əhəd qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.