Böcəklər rəsmi olaraq ölkəni işğal etdi!backend

Artıq onlarla insan həlak olub

Bu il Argentinada on minlərlə Denge xəstəliyi qeydə alınıb, çünki yüksək temperatur və rütubətli hava böcəklər üçün “mükəmməl formula” yaradır.

Argentinanın paytaxtı Buenos-Ayresdə metro təmizləyicisi olan 52 yaşlı Maurisio Rios 20 ildir metro təmizləyicisi kimi işlədiyini və Piedras stansiyasında platforma boyunca qara buludlar arasında uçan böyük və səs-küylü ağcaqanad sürüsü kimi bir şey görmədiyini söylədi.

Rios telefonunu çıxarıb yarım dəqiqə ərzində böyüyən sürünü videoya çəkib. Sonra o, fasilə otağına qaçdı, rəhbəri ilə əlaqə saxladı və stansiyanı bağladı. “Əsasən yay aylarında bura böcəklər gəlir, işığı cəlb edir, lakin heç vaxt belə böyük sürülər olmamışdı. Səhəri gün yenidən peyda oldular. Nə baş verdiyindən xəbərim yoxdur. Xəbərlərdə gördüklərimə görə, bu yeganə yer deyil” deyə O bildirib:

Argentinada Aedes aegypti növlərinin daşıdığı yoluxucu xəstəlik olan Denge qızdırmasının artması ilə bağlı görünməmiş ağcaqanad epidemiyası baş verdiyi üçün müvafiq video sosial mediada sürətlə yayıldı.

Səhiyyə Nazirliyinin məlumatına görə, ilin əvvəlindən ölkədə 74 555 Denge xəstəliyi qeydə alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 153% artım deməkdir. 2024-cü ildə 47 nəfər xəstəlikdən öldü və səhiyyə rəsmiləri gələn həftələrdə də yoluxma hallarının artacağını gözləyirlər.

Denqe xəstəliyinin simptomlarına baş ağrısı, yüksək hərarət, qusma, əzələ və oynaq ağrıları, göz arxasında ağrı və dəri döküntüsü daxildir. Bəzən, xüsusən də bir dəfədən çox yoluxmuş insanlarda dang xəstəliyi ağır ola bilər və ölümlə nəticələnə bilər.

Kordova Universitetinin Tropik Xəstəliklər Mərkəzinin rəhbəri, epidemioloq Hüqo Pizsinin sözlərinə görə, epidemiya ölkədə havanın temperaturunun artması və onun “tropikləşmə” adlandırdığı qeyri-mövsüm yağışları səbəbindən baş verir”.

Hugo Pizzi, “Bu, ağcaqanadların çoxalması üçün mükəmməl bir düsturdur” dedi. Pizzi onu da əlavə edib ki, insanların yaratdığı iqlim dəyişikliyi səbəbindən indi ağcaqanadlar ölkənin cənub əyalətlərində, 25 il əvvəl ağlasığmaz bir bölgədə görünməyə başlayıb.

Ağcaqanadlar insanları sosial təbəqəsindən asılı olmayaraq dişləsə də, ölkənin liberter prezidenti Xavyer Mileinin Argentina pesosunu 54% dəyərsizləşdirdiyi və bütün qiymətlərə nəzarəti aradan qaldırdığı dekabrdan bəri ağcaqanadlara qarşı dərmanların qiyməti 170% artdığı üçün qorunma getdikcə bahalaşır. 290 ml-lik bir sprey ən azı 3620 pesoya (127 türk lirəsi) başa gələ bilər.

Keçən ilin aprelində Argentinanın səhiyyə orqanları Yaponiyanın Takeda laboratoriyası tərəfindən istehsal edilən və dörd Dengue serotipindən qoruyan Dengue peyvəndini təsdiqlədi, lakin vaksinin qiyməti ölkədəki insanların əksəriyyəti üçün münasib deyil. Səhiyyə Nazirliyinin sözçüsünə görə, hökumət hazırda peyvəndi ümumi şəkildə əldə etmək planları yoxdur, çünki daha çox sınaqlara ehtiyac olduğuna inanır.

Milei hökuməti keçmiş prezident Alberto Fernandezin ictimaiyyəti risk haqqında məlumatlandırmadığını söyləyərək əvvəlki administrasiyanı epidemiyaya görə günahlandırdı. Milei-nin kampaniya meneceri Fernando Cerimedo da X kanalında Bill Gates-in yeni hökumətə zərər vermək və Dengue vaksinlərindən qazanc əldə etmək üçün qəsdən ağcaqanadları buraxmasını təklif etdi, lakin heç bir sübut təqdim etmədi.

Pizzi deyib ki, bir çox argentinalı hələ də vəziyyəti ciddi qəbul etmir. Yanvar ayında şimaldakı Misiones əyalətində üç aylıq uşaq dang qızdırmasından öldü.

Pizzi Argentina hökumətini və ümumilikdə xalqı Denge və onu daşıyan böcəklə daha sərt mübarizə aparmağa çağırıb. “Ağcaqanad, belə kiçik bir məxluq bizi qorxuda bilməz” deyib.

Mənbə: tgrthaber.com.tr / Tərcümə

Aynur Camal