Bombaların kölgəsi altında, İsrail qüvvələri hücum etdi!backend

İsrail qüvvələri Şərqi Qüdsdə cümə namazı qılmaq üçün Əl-Əqsa məscidinə gələn müsəlmanlara müdaxilə etməklə yanaşı, mətbuat mənsublarını da hədəfə alıb. Anadolu Agentliyinin (AA) müxbiri Mustafa Haruf ağır döyülüb.

İsrail 70 gündür dünyanın gözü qarşısında Qəzzada dinc əhaliyə hücum edir. İsrailin hücumlarında həyatını itirən fələstinlilərin sayı 18 mini keçərkən, Netanyahu hökuməti işğal altındakı İordan çayının qərb sahilinə basqın etməyə və hər cümə günü Qüdsdəki Məscidül-Əqsa camaatına hücumlara davam edir.

10-cu cümə günü hücumların kölgəsində bütün gözlər Qüds və Məscidül-Əqsaya çevrilib. İsrail hər həftə cümə namazı qılan camaata TOMA və gözyaşardıcı qazla hücum edir, camaatın üzərinə kanalizasiya suyu püskürür; Fələstinliləri həbs edir.

Bu gün İsrail qüvvələri bölgədən yayım etmək istəyən mətbuat mənsublarına sərt müdaxilə edib. Ərazidə barrikadalar quran İsrail polisi hadisəni o zaman izləyən AA fotomüxbiri Harufa əvvəlcə silah çəkib, daha sonra onu yerə yıxaraq yerə təpikləyib. Aldığı ağır zərbələrdən üzündən və bədənindən xəsarət alan Haruf təcili yardımla Şərqi Qüdsdəki Makasid xəstəxanasına aparılıb. Həmin anlar kameralar tərəfindən saniyə-saniyə lentə alınıb.

Mənbə: TGRT

Aynur Camal