Bosniya və Herseqovina Avropa Birliyinə doğru gedirbackend

Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel Bosniya və Herseqovina ilə üzvlük danışıqlarına başlamaq qərarının verildiyini açıqlayıb.

 Ölkələrin Avropa Birliyinə üzv olmaq səyləri davam edir. Bunlardan biri də Balkan ölkəsi Bosniya və Herseqovinadır…

Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel Brüsseldə keçirilən Aİ sammiti davam edərkən X hesabında açıqlama verib.

“Sizin yeriniz bizim Avropa ailəmizdədir”. Mişel, “Bugünkü qərar sizin Aİ yolunda irəliyə doğru atılmış mühüm addımdır. Xalqınızın istədiyi kimi Bosniya və Herseqovinanın davamlı şəkildə irəliləməsi üçün gərgin iş davam etməlidir” deyib.

Bosniya və Herseqovina üzvlük ərizəsini 15 fevral 2016-cı ildə vermiş və 15 dekabr 2022-ci ildə namizəd ölkə statusunu almışdır.

Aİ Komissiyası martın 12-də Bosniya və Herseqovina ilə üzvlük danışıqlarına başlamaq üçün tövsiyə verdiyini açıqlayıb.

Mənbə: TGRT

Aynur Camal