Britaniyanın maliyyə naziri və Cənub-Qərbi Surrey millət vəkili Ceremi Hantın seçki bürosunun pəncərə və qapılarına “Mühafizəkarların pisliyinə ölüm” sözləri sprey boya ilə vurulduqdan sonra polis araşdırmalara başlayıb.
İngiltərə mətbuatında yer alan xəbərə görə, ölkənin cənubundakı Hindhead bölgəsində Hantın seçki bürosunun pəncərə və qapılarına “Mühafizəkar pisliklərə ölüm” sözləri yazılıb.
Surrey polisinin açıqlamasında deyilir: “Polisə 4 mart tarixində təxminən saat 20.00-21.00 arasında Hindhead bölgəsindəki bir binaya hücum barədə məlumat verildi. Hücum binanın xaricindəki qapı və pəncərələrə sprey yazılarından ibarət idi. Hadisə zamanı binada heç kim yox idi.” ifadələrdən istifadə edilmişdir.
Polis binanın pəncərələri və qapısına yazılan yazılarla bağlı araşdırma başlatdıqlarını da açıqlayıb.
Hant mövzu ilə bağlı verdiyi açıqlamada “İngilis xalqı tolerantlığı ilə məşhurdur. Ona görə də biz dünyanın ən güclü demokratiyalarından biriyik. Bir neçə nəfər bizi qorxuda bilməz” qiymətləndirməsini etdi.
Böyük Britaniyada daxili işlər naziri Ceyms Kleverli təhdidlərin “parlament üzvünün vəzifəsi xarakteri daşıdığını” və əlavə mühafizə büdcəsi ayırdıqlarını bildirdi.
Digər tərəfdən, keçən fevral ayında 3 qadın millət vəkilinə təhlükəsizlik səbəbilə polis mühafizəsi və sürücülərin olduğu nəqliyyat vasitələri verilib.
İngiltərədə 2016-cı ildə Leyboristlər Partiyasından deputat Co Koks Brexit referendumu üçün seçki kampaniyası zamanı hücuma məruz qalıb və dünyasını dəyişib.
Mənbə: TrtHaber
Aynur Camal