Böyük Britaniya və müttəfiq ölkələr 38 mindən çox ukraynalı hərbçi hazırlayıb. Xüsusən də, çoxmillətli “İnterflex” təlim əməliyyatı çərçivəsində Britaniya Müdafiə Nazirliyi bu barədə X sosial şəbəkəsində məlumat verib.
“Britaniya Silahlı Qüvvələri və beynəlxalq tərəfdaşları 38 mindən çox ukraynalıya təlim keçib”, – bəyanatda deyilir.
İdarənin vurğuladığı kimi, 34 mindən çox hərbi qulluqçu piyada hazırlığı proqramını başa vurub. Daha dörd min nəfər həkim, istehkamçı və dəniz piyadalarının hazırlanması üçün xüsusi kurslar keçib.
Xatırladaq ki, yanvarın əvvəlində Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Doktrinalar və Hazırlıq Baş İdarəsinin rəisi, general-mayor Aleksey Taran bildirmişdi ki, 30-dan çox dövlət ukraynalı hərbçilərin xaricdə hazırlanması ilə bağlı tədbirlərin təşkilində iştirak edir. Belə ki, Taranın sözlərinə görə, tərəfdaşlar koalisiyasına hazırda 34 ölkə daxildir. Onların arasında ABŞ, Böyük Britaniya, Kanada, Norveç, Avstraliya, Aİ-nin əksər ölkələri, həmçinin Gürcüstan və Moldova var.
Mənbə: hurriyyət.tr
Aynur Camal