Braziliyada daşqın: 8 nəfər ölüb…backend

Braziliyanın Rio-de-Janeyro əyalətində leysan yağışlar nəticəsində sel və torpaq sürüşməsi nəticəsində 8 nəfər həyatını itirib. Braziliyanın Rio-de-Janeyro əyalətində yağan leysan yağışlar daşqın və torpaq sürüşməsinə səbəb olub. Dövlət rəsmilərinin verdiyi açıqlamada, Barra do Pirai bölgəsində bir evi uçuran torpaq sürüşməsi nəticəsində bir ailədən 4 nəfərin, aralarında 8 aylıq körpənin də həyatını itirdiyi bildirilib.

Bildirilib ki, ştatda ümumilikdə 8 nəfər ölüb, 100-dən çox adam evsiz qalıb. Mendes şəhərində 6 yaşlı uşağın itkin düşdüyü açıqlanıb.

Xilasetmə və polis qruplarının ağır ziyan dəymiş bəzi ərazilərə hələ çata bilmədiyi öyrənilərkən, su basmış avtomobildən 2 uşaq və bir qadını xilas edən gənc ölkədə qəhrəman elan edilib. Ştat hökuməti yağışların davam etdiyi 10 şəhərdə daşqın və torpaq sürüşməsi riskinin yüksək olduğu barədə ictimaiyyətə xəbərdarlıq edib.

Mənbə: hurriyyət.tr

Aynur Camal