Britaniya 150 il əvvəl qarət edilmiş artefaktları geri qaytarırbackend

Britaniya 150 il əvvəl Qanadan qarət edilən və Britaniya Muzeyində olan Asanthi (Asante) Krallığına aid tarixi əsərləri geri qaytaracağını açıqlayıb. İngiltərə, istismar dövründə Afrika ölkələrindən qaçaqmalçılıq yolu ilə gətirdiyi tarixi əsərləri geri göndərməyə davam edir.

Aralarında qızıl sülh borusunun da olduğu 32 tarixi əsərin geri qaytarılacağı açıqlanıb. Bu parçalardan 17-nin Viktoriya və Albert Muzeyində (V&A), 15-nin isə Britaniya Muzeyində olduğu bildirilib.

Geri qaytarılacaq tarixi əsərlər arasında 19-cu əsrdə Britaniya və Asanthi Krallığı arasında gedən müharibələr zamanı ələ keçirilən qılınclar və kralın ruhunu təmizləmək vəzifəsi daşıyan zabitlərin taxdıqları qızıl nişanlar da var.

Tarixi əsərlər Qananın cənub bölgəsində yerləşən və Asanthi bölgəsinin paytaxtı sayılan Kumasidəki Manhyia Saray Muzeyində sərgilənəcək. İngiltərədəki muzeylərdə Qanadan çoxlu tarixi əsərlər, o cümlədən Asanthi Krallığının ən məşhur parçası sayılan qızıl tac var.

Mənbə: hurriyyət.tr

Aynur Camal