Britaniya Folklendlərin statusunu nəzərdən keçirməkdən imtina etdibackend

“Argentinanın yeni prezidenti Xavyer Maylinin əraziləri qaytarmaq niyyətində olsa da, Britaniya Folklend adalarının statusunu nəzərdən keçirmək fikrində deyil”.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Daily Express (DE) məlumat yayıb.

“Bu, çoxdan həll olunmuş məsələdir, ona qayıtmaq planları yoxdur. Folklend adalarının mövqeyi çoxdan müəyyən edilib, o, dəyişdirilməyəcək”, – Britaniya baş nazirinin nümayəndəsi deyib.

Nəşrin qeyd etdiyi kimi, Mayli Folklendləri qaytarmaq üçün müxtəlif diplomatik yolları nəzərdən keçirməyi planlaşdırdığını bildirmişdi. Onun bu addımı, 1997-ci ildə Honq-Konqun Çinə təhvil verilməsinə əsaslanır.

Xatırladaq ki, ölkənin BRİKS-ə daxil olmasına və Rusiya ilə əməkdaşlığa qarşı çıxan Miley Argentinada keçirilən prezident seçkilərində qalib gəlib. O, daha yaxşı gələcək qurmaq üçün azad dünyanın bütün ölkələri ilə çalışacağına söz verib.

Mənbə: Lenta.Ru

Aynur Camal