Britaniya İsraili dəstəkləmək üçün Kral Hərbi Dəniz Qüvvələrinə iki gəmi göndərəcəkbackend

Britaniya İsraili dəstəkləmək üçün Şərqi Aralıq dənizinə Kral Hərbi Dəniz Qüvvələrinə iki gəmi və müşahidə təyyarəsi göndərəcək.

Böyük Britaniyanın baş naziri Rishi Sunak verdiyi açıqlamada İsrailə hərbi dəstəyin “daha da gərginləşməsinin qarşısını alacağını” söyləyib.

Açıqlamada, müşahidə təyyarəsinin “terrorçu qruplara silah ötürülməsi kimi regional sabitliyə təhdidləri izləmək” məqsədilə sabahdan patrul xidmətinə başlayacağı açıqlanıb.

Gəmilərin humanitar yardım səylərini dəstəkləmək üçün gələn həftə bölgəyə göndəriləcəyi bildirilib.

İngiltərənin baş naziri Rişi Sunak açıqlamasında İsrailə hərbi dəstəyin “daha da gərginləşməsinin qarşısını alacağını” bildirib və əlavə edib: “Bölgədəki hərbi və diplomatik komandalarımız da təhlükəsizliyi bərpa etmək və humanitar yardımın minlərlə insana çatmasını təmin etmək üçün beynəlxalq tərəfdaşlarımıza qoşulacaqlar”.

Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Gerald R. Ford təyyarədaşıyan gəmisi İsrailə dəstək məqsədilə dünən Şərqi Aralıq dənizinə yerləşdirilib. ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi dünən bildirib ki, İsrailin ehtiyac duyacağı təqdirdə əvvəlcədən planlaşdırılmış bir missiya üçün Aralıq dənizinə göndəriləcək USS Dwight D. Eisenhower təyyarədaşıyan gəmisi Şərqi Aralıq dənizinə göndəriləcək.

Mənbə: hurriyyət.tr

Aynur Camal