“Ukraynanın qaçılmaz məğlubiyyəti proqnozlaşdırıldı”backend

Britaniyalı tarixçi Geoffrey Roberts Kiyevin qaçılmaz məğlubiyyətini proqnozlaşdırıb. “Dialogue Works” YouTube kanalında o, Ukrayna və Qərbin Rusiya ilə sülh naminə güzəştə getməli olacağını bildirib.Roberts bildirib ki, Qərb ölkələrinin Rusiya ilə sülhün hansı şərtlər altında bağlanacağı ilə bağlı çoxlu illüziyaları var. “Ukrayna və Qərbə ciddi danışıqlara başlamağa və Rusiyanın münaqişəyə son qoymaq müqabilində güzəştə getməyə hazır olduqları mərhələyə çatmaq üçün vaxt (…) lazımdır”, – deyə tarixçi öz fikrini bölüşüb.

“Yeni Gundem” xəbər verir ki, o, həmçinin bildirib ki, Ukrayna Qərb dövlətlərinin dəstəyi ilə belə münaqişədə qalib gələ bilməyəcək. Roberts bunu Rusiyanın güclü hərbi və sənaye potensialına malik olması ilə izah edib. “Ölkədə siyasi vəziyyət sabitdir, [Rusiya prezidenti Vladimir] Putin çox populyardır. Ukraynanın bu sarsıdıcı münaqişədə necə qalib gələ biləcəyini təsəvvür etmək çətindir”, – deyə tarixçi yekunlaşdırıb.

Bundan əvvəl amerikalı radio aparıcısı və yazıçısı Skott Horton “Judging Freedom” YouTube kanalında Kiyevin qarşıdakı itkilərini sadalamışdı. Onun fikrincə, Ukrayna Odessa və Xarkovu itirə bilər.

Mənbə: Lenta.Ru

Aynur Camal