Britaniyada Putinin Qərbə vurduğu zərbədən danışırdılarbackend

“Britaniyada Putinin qorxaq liberal Qərbə vurduğu zərbədən danışırdılar”.

Britaniya Silahlı Qüvvələrinin istefada olan polkovniki Hamiş de Bretton-Qordon “Teleqraf” qəzetinə yazdığı məqalədə bildirib ki, Rusiya prezidenti NATO-nun “Sabit müdafiəçi” təlimləri fonunda Kalininqrada səfəri ilə “ürkək liberal Qərbə” zərbə vurub.

Zabitin sözlərinə görə, Rusiya lideri general Patrik Sandersin britaniyalılara Rusiya ilə müharibə olacağı təqdirdə hərbi xidmətə hazır olmaları barədə çağırışını eşidib.

“Güman edə bilərik ki, Rusiya lideri bu həftə general Patrik Sandersin çağırışını eşitdi və qərara gəldi ki, bu səfər gənclərin, onun fikrincə, yalnız video oyunlarda mübarizə apardığı qorxaq liberal Qərbə zərbə vurmaq üçün mükəmməl şansdır. Ona qalsa, əsl döyüşdən çəkinəcək”, – Bretton-Qordon yazıb.

Onun sözlərinə görə, bəzi dairələrin reaksiyası Putinin buna inana biləcəyini açıq şəkildə göstərir. Onun Kalininqrada səfəri təsadüfi deyildi və NATO ölkələrini tələyə salmaq, onları təlaşa salmaq və Ukraynaya silah ötürmək əvəzinə öz müdafiəsinə fikir vermək məqsədi daşıyırdı.

Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putinin Kalininqrada səfərində NATO-ya mesajın olmadığını bildirmişdi. Onun sözlərinə görə, Rusiya regionlarına işgüzar səfərlər prezidentin vəzifəsidir.

Dövlət başçısı yanvarın 25-də şəhərə səfər edib. O, İmmanuel Kant adına Baltik Federal Universitetinin tələbələri ilə söhbət edib, regionun inkişafı ilə bağlı görüş keçirib, həmçinin qubernator Anton Əlixanovla görüşüb.

Mənbə: Lenta.Ru

Aynur Camal