Brüssel görüşü nə ilə yadda qaldı? – DEPUTATLAR ŞƏRH ETDİbackend

Azərbaycan növbəti dəfə diplomatiya masasında uğur qazandı.Haqq səsimiz Brüsseldə dördüncü dəfə eşidildi. Başı aşağı məyuslanan Nikol Paşinyan müzakirələrin asan olmadığını dilə gətirdi. Avropa İttifaqı üçün əsas olan ölkəmizin mövqeyi, Prezidentimizin təklifləri yeni reallıqda öz sözünü deyərək, Avropanın diqqətinə çatdırdı.

Brüssel görüşünün üç tərəfli danışıqlarını Milli Məclisin deputatları “Yeni Gündəm”-ə şərh edib.

Millət vəkili Məlahət İbrahimqızının fikirincə, bu görüş may ayında keçirilmiş üç tərəfli görüşün davamıdır.

Müzakirə olunan məsələlərdə eyni məsələlərdir.Deputat Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatı haqqındada bir çox məsələlərə aydınlıq gətirdi.

“Biz bu görüşün gedişatı ilə bağlı ancaq Aİ Şurasının rəhbəri Ş.Mişelin mətbuata verdiyi bəyanatdan tanış ola bilirik.  Cənab Mişel qeyd edib ki, bu görüşün keçirilməsi qərarı May ayında keçirilmiş son görüşdə razılıq verilibdir. Yəni bu görüş əvvəlcə keçirilmiş görüşün davamı olmaqla,  müzakirə edilmiş məsələlər də eyni məsələlərdir. Qeyd edib ki, üçtərəfli görüşdən əvvəl o hər iki ölkə rəhbərini qəbul edibdir. 31 avqust görüşü bu formatda dördüncü müzakirə hesab edilir. Bəyanatda da qeyd edildiyi kimi  müzakirələrin əsas mövzuları Cənubi Qafqazda baş verən son hadisələrə, Aİ ilə hər iki ölkə arasında münasibətlərə və Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə həsr edilmişdir.

Cənab Mişelin qeyd etdiyi kimi müzakirələr açıq və məhsuldar olubdur. O qeyd edib ki, müzakirədə son görüşdə əldə olunmuş razılaşmaların daha da irəliyə aparılması üçün kifayət qədər müsbət addımlar atılıbdır.Cənab Mişel bəyanatında müzakirə olunmuş ayrı-ayrı məsələlər üzrə konkret fikirlərini də bildiribdir. Aİ Şurasının Prezidenti qeyd edib ki, bu müzakirədə Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün prosesin gücləndirilməsi haqqında hər iki tərəflərlə razılaşma əldə edilibdir. Bəyanatda Sülh müqaviləsinin mətn layihələri üzərində işləmək üçün hər iki ölkənin Xarici İşlər Nazirlərinə bir ay müddətində görüşməyi tapşırılıbdır.Aİ Şurasının Prezidenti müzakirə olunmuş humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, saxlanılan şəxslər və itkin düşənlərin taleyi ilə bağlı da ətraflı müzakirələrin aparıldığını və Aİ-nın gələcəkdə də bu məsələlərlə məşğul olacaqdır. Bildiyimiz kimi Azərbaycan və Ermənistan arasında müzakirə olunan problemlərdən biri də sərhəd məsələləridir. Cənab Mişel bəyanatında bu məsələyə toxunaraq sərhədlərin delimitasiyası və demarkasiya məsələsinin vacibliyini, eyni zamanda sərhədboyu təhlükəsizliyin və sabitliyin təmin edilməsi ilə bağlı məsələlərin müzakirə olduğunu bildiribdir. Bildiyimiz kimi Azərbaycan Ermənistan sərhədlərində qanunsuz erməni silahlı dəstələri vaxtaşırı hərbi təxribat törədir. Son təxribat isə bu ilin iyul-avqust aylarında olmuşdur. Azərbaycan hökuməti bu haqda beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara məlumat vermişdir. Sözsüz ki, həm də silahlı erməni birləşmələri Azərbaycanın Qəhrəman Ordusu tərəfindən darmadağın edilmişdir. Mişelin bəyanatından görünür ki, məhz Azərbaycan hökümətinin bu etirazı və sərhəddə törədilən erməni təxribatı görüşdə müzakirə edilibdir. Belə ki, Aİ Şurasının Prezidenti bildirib ki, bu ilin  noyabr ayında Sərhəd Komissiyalarının növbəti iclasının Brüsseldə keçirilməsi haqqında tərəflər razılığa gəlibdir. Bəyanatda bildirilir ki, görüş zamanı nəqliyyat əlaqələri haqqında eyni zamanda nəqliyyatın blokdan çıxarılmasının vacibliyi də geniş müzakirə olunubdur. O,  Aİ-nın Cənubi Qafqazda uzunmüddətli davamlı sülhə doğru dəstəyini və hər iki ölkənin və bu ölkələrin əhalisinin rifahı naminə və iqtisadi inkişaf naminə Aİ bundan sonra da təkan verməyə davam hazır olduğunu bildiribdir. Tərəflər bu ilin noyabr ayının sonunda bu formatda yenidən görüşün keçirilməsinə  razılışıbdır. Biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat üçün verdiyi bəyanatdan bir daha görürük ki, Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə keçirilmiş dünənki görüşdə müzakirə  olunmuş bütün məsələlər ilk gündən Azərbaycan tərəfinin verdiyi təkliflərlə demək olar ki, tam üst-üstə düşür”

Millət vəkili Fəzail Ağamalı bu görüşün təsdiqini Xankəndidə öz suverenliyimizi bərpa edəcəyimizdə gördü. 


Baş verən son hadisələri bu görüşün keçirilməsinə səbəb olduğunu bildirdi.O həmçinin Ermənistan tərəfinin arzuladığı məsələlərin müzakirə edilməməsinidə vurğuladı.

“Brüssel görüşünə qədər biz regionda ərazi bütövlüyümüzü sona qədər təmin etmişdik. 3 dəfə keçirilən Brüssel görüşündən sonra Ermənistan hiyləgərliyini işə salaraq müxtəlif yollarla əldə edilmiş razılıqları pozmağa çalışdı. Prosesləri özünün xeyirinə dəyişməyə cəhdlər göstərdi. Onlar düşündülər ki, nə qədər ki, sərhəd və digər məsələlər həlli tapmayıb biz bundan istifadə edək və məsələni uzadaraq bundan bəhrələnə bilək. Ancaq onlar yenə peşman oldular.

”Qisas” əməliyyatı ilə onların bu düşüncələrini param-parça etdik. Laçının bizim nəzarətə keçməsi, onların öz ölkəsinə birbaşa bağlantının kəsilməsini bütün dünya gördü və növbəti dəfə Brüsseldə toplaşmaq qərarı əldə edildi. Bu görüş Azərbaycanın növbəti uğuru kimi tarixə düşdü. Bu görüşdə “Dağlıq Qarabağ” ifadəsi ümumiyyətlə işlədilmədi.Ermənistanın gorbagor edilmiş status məsələsinə toxunulmadı.Baxmayaraq ki,nbundan əvvəl ABŞ və Fransa da ölmüş Minsk qrupunun gündəmə gətirməklə, öz maraqları naminə Ermənistana kömək etmək istəyirdilər. Lakin bu görüşdə bu məsələ heç xatırlanmadı. Brüssel görüşü təsdiq edir ki, Biz Xankəndi və ətraf ərazilərdə öz suverenliyimizi bərpa edəcəyik”

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə Qarabağ adının hazırlanacaq sülh mətninin məzmununda olmayacagını açıqladı.

“Brüsseldə əldə edilən nəticələr postmüharibə mərhələsində sülhə doğru mühüm dönüş kimi qiymətləndirilə bilər. Bu, Azərbaycanın ciddi siyasi-diplomatik uğurudur. Post müharibə dövrünün idarə olunması və sülh istiqamətində nəticənin əldə edilməsi gərgin səylər qətiyyət tələb edirdi: Azərbaycan bu mürəkkəb mərhələnin ilkin çətinliklərini arxada qoymağı bacardı. Nəzərə almaq lazımdır ki, bu nəticələr məğlub olmasına baxmayaraq sülh istəməyən bir ölkənin iradəsinə qarşı əldə edildi. Müharibədən iki il keçməsinə baxmayaraq, Ermənistan daim sülhə qarşı təxribatlar törədir, üçtərəfli bəyanatın mətnini manipuliyasiya etməyə çalışır, gizli qapılar arxasında özünə yeni hamilər axtarırdı.Brüssel formatında keçirilən son görüşdə artıq aydın oldu ki, Azərbaycanın gücünə və siyasi iradəsinə qarşı gəlmək mümkün deyil. Çünki güc də, beynəlxalq hüquq da, ədalət də Azərbaycanın lehinədir. Beləliklə, Azərbaycanın əzmi və iradəsi sayəsində artıq Qafqazın siyasi üfüqlərində sülh görünməyə başlamaqdadır.İki ölkənin xarici işlər nazirlərinin formalaşdıracağı işçi qrup mümkün sülh müqaviləsinin mətnini hazırlayacaqlar.Bu mətn bizim irəli sürdüyümüz beş baza prinsipi əsasında hazırlanacaq və sadəcə Ermənistan və Azərbaycan arasındakı münasibətlərə aid olacaq. Ermənilərin şiddətlə arzu etdikləri Minsk Qrupu yaxud ümumiyyətlə Qarabağ adı mətnin məzmununda olmayacaq. Şübhəsiz ki, bu Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifə açmaq baxımından ciddi dönüşdür və danışıqların bu məcrada inkişaf etməsində Avropa İttifaqı (Aİ) və xüsusilə Aİ Şurasının prezidenti Şarl Mişelin önəmli rolu var. Qarşıdakı mərhələnin intensiv danışıqlar və inteqrasiya mərhələsinə çevirilməsi üçün ilkin şərtlər artıq mövcuddur.

Millət vəkili Razi Nurullayevin sözlərinə görə Paşinyan sülhdən öncə hər hansı psixoloji, nəzəri bir üstünlüyə malik olmasını istəyir.

Eyni zamanda Razi Nurullayev Qarabağdan separatçıların çıxarılmasının Kremlin əlində olmasını, məsələlərə Kremlin baxacağını bildirdi .

“Brüssel görüşü ölkəmiz üçün əhəmiyyətli görüş oldu. Bir daha tutduğumuz mövqeyi ortaya qoyduq. Hesab edirəm ki, Azərbaycan Prezidenti Brüsseldən daha inamla qayıtdı. Çünki Paşinyan çox dirəniş göstərir ki, sülh sazişinin imzalanmasından öncə hər hansı psixoloji, nəzəri üstünlüyə malik olsun. Qeyd edim ki, buraya status məsələsidə daxildir. Azərbaycan Prezidentinin diplomatik bacarığı ilə Ermənistan Baş Naziri razılaşdıki, sülh mətni 1 ay müddətində hazırlansın.Kremlin narazı olmasına rəğmən, Azərbaycanın Brüssellə uğurlu və nəticəli işləməsi, Cənab Prezidentin uğurudur.Azərbaycanın fikirləri bütün görüşlərdə eyni olub. İstər Soçidə, istər Moskovada, istərsədə Brüsseldə.

Ancaq Ermənistanın fikirləri fərqlənir. Buna görədə Ermənistanın dəyişkən fikirləri Kremli qıcıqlandırır. Qarabağdan separatçıların çıxarılması Kremlin əlindədir. Bu məsələlərə Kreml baxacaq .”

Milli Məclisin deputatı Cavid Osmanov isə bu görüşün gərgin keçməsindən, görüşdə Zəngəzur dəhlizinin müzakirəsindən bəhs etdi.

“Dünən ki, görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatından aydın görünür ki, müzakirələr Azərbaycan tərəfindən təqdim edilən gündəlik üzərində aparılmışdı.

Görüşün 4 saat çəkməsi onu göstərir ki, görüşdə mövzuların gərgin müzakirəsi aparılmışdı. Görüşün nəticələri çox uğurlu oldu. Azərbaycan tərəfinin 5 baza prinsipi qəbul edilmişdi .

I Qarabağ müharibəsində 4000 yaxın soydaşımızın taleyinin bu günə kimi naməlum olması bizi çox narahat edirdi. Dünən k, görüşdə bu məsələlərə toxunulmuş, eyni zamanda Ermənistanın davam edən mina terrorundada Avropa İttifaqının bizə dəstəyi olacağını açıqlandı. Bir sözlə Brüsseldə Humanitar məsələlərində müzakirəsi aparılmışdır.

Üç tərəfli görüşdə Kommunikasiya sahəsindədə müzakirələr aparılıb. Şarl Mişelin bəyanatından biz bunu gördük. Biz Nəqliyyat-kommunkasiyalardan danışırıqsa ilk növbədə Zəngəzur dəhlizin açılması məsələsi ortaya çıxır. Bu onu deməyə əsas verir ki, dünən ki, görüşdə Zəngəzur dəhlizi ilə bağlı danışıqlar da aparılıb.”

Fərahim Rəhimov

Yenigundem.az