Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz özünün Teleqram kanalında bildirib ki, bölgədə Suzemka kəndi atəşə tutulub.
“Ukraynalı terrorçular Suzemka kəndini atəşə tutublar”, – mesajda deyilir.
Onun sözlərinə görə, atəş nəticəsində elektrik enerjisi təchizatında fasilələr yaranıb, operativ və fövqəladə hallar xidməti hadisə yerində işləyir.
Oktyabrın 4-də qubernator Bryansk vilayətinin üç sərhəd rayonunun Ukraynadan atəşə tutulması nəticəsində bir sıra yaşayış binalarına, xidmət kompleksinə və avtomobillərə ziyan dəydiyini bildirib.
Bundan əvvəl hava hücumundan müdafiə qüvvələrinin Bryansk vilayəti üzərində təyyarə tipli pilotsuz uçuş aparatını vurduğu məlum olub. Pilotsuz təyyarə rayonun Bryansk rayonu səmasında məhv edilib. Nəticədə dağıntı olmayıb.
Bundan əvvəl Kreml qışa qədər Rusiya infrastrukturuna hücumların artması riskini qiymətləndirmişdi.
Gazete.ru