“Bu arzuma “Qarabağ”da çatdım” – Pedro Enrikebackend

“Qarabağ”ın braziliyalı sabiq futbolçusu Pedro Enrike ölkəsinin mətbuatına müsahibə verib.

“Yeni Gündəm” xəbər verir ki, Türkiyənin “Kayserispor” klubunun 30 yaşlı yarımmüdafiəçisi Ağdam təmsilçisinə keçidi haqda da danışıb.

“Qarabağ”ın Bakıda “Roma” ilə matçında (1:2) fərqlənməklə, Azərbaycan futbol tarixində Çempionlar Liqasının qrup mərhələsində qol vuran ilk oyunçu olan Enrike Ağdam təmsilçisində arzusuna çatdığını bildirib: “Ürəyim ağrıyırdı, “Qarabağ”dan təklif gələndə PAOK-un prezidentindən məni sərbəst buraxmasını xahiş etdim. Arzum Çempionlar Liqasında oynamaq idi. Bu arzuma da çatdım”.

Qeyd edək ki, Pedro Enrike 2017/2018 mövsümündə icarə əsasında “Qarabağ”da çıxış edib.