“Bu, barbarlıq və vandalizmdir” – Prezidentin köməkçisibackend

“Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və digər şəhərlərində mülki insanların sıx məskunlaşdığı ərazilərə raketlərlə hücum edir. Bu, barbarlıq və vandalizmdir”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

“Bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyini və çaxnaşmada olduqlarını göstərir”, – Prezidentin köməkçisi vurğulayıb.