Belçikada qəbul edilən qərar ölkədə rezonans doğurub.
“Yeni Gundem” haberler-ə istinadla bildirir ki, Belçikada fransız dilinin daha çox istifadə olunduğu ərazilərdə yerləşən məktəblərdə cinsi əlaqə ilə bağlı fənnin keçirilməsi məcburiləşdirilə bilər.
Bu qərar qalmaqal yaradıb, məktəblərin yandırılması ilə nəticələnib.
Qeyd edək ki, bununla bağlı ilk təklif 2012-ci ildə edilsə də, bu ildə məcburiləşdirilməsi nəzərdə tutulur.