“Bu, bütün dünyaya Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu nümayiş etdirib” – Zakir Həsənovbackend

“Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə işğal altında olan torpaqların azad edilməsi zamanı müasir texnologiyalar və yeni döyüş taktikasından istifadə edərək qələbə əldə edib”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu müdafiə naziri Zakir Həsənov Konyada “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərini izlədikdən sonra deyib.

Nazir bildirib ki, bu, bütün dünyaya Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu nümayiş etdirib.