Bu çörək zavodu cərimələndibackend

“31 saylı Çörəkbişirmə Müəssisəsi” MMC-yə cərimə protokolu yazılıb.

“Yeni Gündəm” xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, çörək zavodu barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Abbas Rzayevin icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.