“Bu, Ermənistanın acizliyindən xəbər verir” – Azərbaycanın Baş Prokurorubackend

Baş Prokuror Kamran Əliyev Gəncədə raket zərbəsi endirilən hadisə yerində müsahibə verib.

“Yeni Gündəm”-in xəbərinə görə, K.Əliyev bildirib ki, bu addımı Ermənistan siyasi rəhbərliyi atıb:

“Cəbhə, döyüş bölgəsində Ermənistan Ordusu məğlubiyyətə uğradıqca çarəsizlikdən dinc əhaliyə qarşı hücumları şiddətləndirir, intensivliyi artırırlar. Bu da onların acizliyindən xəbər verir. Amma bu dəfə Ermənistanın hərbi siyasi rəhbərliyi ağıllarını itiriblər. Bu, bəşəriyyət, insanlıq əleyhinə çox ciddi, çoc ağır cinayətdir. Bu cinayətin həm hüquqi, həm siyasi məsuliyyəti Ermənistan rəhbərliyi üçün çox ağır olacaq. Azərbaycan rəhbərliyi, cənab prezident həm siyasi, həm hərbi sahədə buna adekvat cavablar verəcək”.