“Bu gecə evdən çıxma”- çağırışıbackend

Fransada Ciaran qasırğası ilə əlaqədar səlahiyyətlilər xəbərdarlıq edilib.

“Yeni Gundem” xəbər verir ki, fırtınadan əvvəl minlərlə yanğınsöndürmə briqadası personalı sahəyə çıxacağı zaman qruplar vətəndaşlarından gecə saatlarında evlərini tərk etməmələrini xahiş ediblər.

Fransa bu gecədən etibarən Ciaran fırtınasının təsiri altına düşəcək.

Fırtınanın xüsusilə Fransanın şimal-qərbindəki Brittani və Normandiya bölgələrində təsirli olacağı bildirilib. Səlahiyyətlilər Fırtına Ciaran tərəfindən çox zərər görəcək şəhərlər üçün xəbərdarlıq edib.

“Bu gecə EVDƏN ÇIXMA”

Ölkə boyu vətəndaşlara xəbərdarlıq edilib: “Bu gecə evlərinizi tərk etməyin”. Darmanin bildirmişdir ki, Brittani və Normandiyada fırtına zamanı 3200 yanğınsöndürən işçisi sahədə vəzifə yerinə yetirəcək.

16 sahilyanı yaşayış məntəqəsində xəbərdarlıq səviyyəsi “narıncı”ya yüksəlib.

Bildirilir ki, sürəti saatda 170 kilometrə çatan tufan Brittani və Normandiya sahillərində 10 metr yüksəkliyə çatan dalğalara səbəb ola bilər. Böyük Britaniya, İrlandiya, Fransa və Pireney yarımadasını təsir edəcəyi gözlənilən Ciaran fırtınasına görə yağış və daşqın xəbərdarlığı edilib.

Mənbə: TGRT

Aynur Camal