Bu görüntülərə görə Ağciyər İnstitutunun direktoruna ciddi xəbərdarlıq edildi – VİDEObackend

“Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda karantin rejimi qaydalarını pozaraq, keçirilən tədbirlə əlaqədar aparılan araşdırma yekunlaşıb”.

Bu barədə 7News.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məlumat verib.

O bildirib ki, məsələ ilə bağlı institutun direktoruna xəbərdarlıq edilib:

“Həkimlər arasında kütləvi tədbirin keçirilməsi barədə məlumat əsasında araşdırma aparıldı. Nəticədə, institutun direktoru Həqiqət Qədirovadan izahat alınıb. Ona ciddi xəbərdarlıq edilib. Bir daha belə nöqsanlara yol verilməməsi tapşırılıb”.