Bu hissə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir – Erməni deputatbackend

Bu hissə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir – Erməni deputat
Qafana gedən yolun bir hissəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən keçir.

Bunu Ermənistanda hakim “Mənim addımım” blokundan olan millət vəkili Ayk Qevorqyan baş nazir müavini Tiqran Avinyanın Sünik bölgəsindəki yolla bağlı razılaşmalara dair açıqlamasına münasibət bildirərkən deyib.

“Bilirsiniz ki, 21 km uzunluğundakı Gorus-Qafan yolunun bir hissəsi Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri xaricindən, yəni Azərbaycan ərazisindən (beynəlxalq səviyyədə tanınmış) keçir. Bu yol bağlanmamışdı. Məsələ heç bir razılaşma ilə tənzimlənməməlidir, bu, onsuz da, razılaşmaların nəticəsidir”, – deputat qeyd edib.

Qeyd edək ki, baş nazirinin müavini Tiqran Avinyan sözügedən ərazini 10 noyabr və 11 yanvar bəyanatlarında “mübahisəli bölmələr” olduğunu demişdi.Publika.az