Avropada bu il NATO müttəfiqlərinin hava məkanına yaxınlaşan Rusiya hərbi təyyarələrinə qarşı ən azı 300 müdaxilə edilib.
NATO-nun verdiyi açıqlamaya görə, NATO ilə Rusiya təyyarələri arasında hava qarşılaşmalarının çoxu “təhlükəsiz və peşəkarcasına” baş verib, Rusiya hərbi təyyarələrinin NATO hava məkanını pozması isə “nadir hallarda və qısa müddət ərzində” baş verib.
NATO-nun Avropadakı Hərbi Hava Qüvvələri 2023-cü ildə Rusiya hərbi təyyarələrinin müttəfiqlərin hava məkanına yaxınlaşmasının qarşısını almaq üçün ən azı 300 dəfə hərəkətə keçsə də, bu tutmaların əksəriyyəti Baltik dənizi üzərində baş verib.
NATO sözçünün müavini Dilan Uayt Rusiya-Ukrayna müharibəsinin Avropada “son onilliklərin ən təhlükəli təhlükəsizlik vəziyyətini” yaratdığını ifadə edərək, “NATO döyüş təyyarələri şübhəli və ya xəbərsiz uçuşlar zamanı hərəkətə keçməyə hazırdır, gecə-gündüz növbətçilik edir.”
“Hava patrulları NATO üçün müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün mühüm üsuldur” qiymətləndirməsini edib.
Bəyanatda həmçinin vurğulanıb ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra NATO-nun şərq cinahının hava hücumundan müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirib, o cümlədən döyüş təyyarələri, müşahidə uçuşları və qurudan müdafiə sistemləri artırılıb.
Mənbə: Ntv.Tr
Aynur Camal