Bu il Şahdağa səyahət edən turistlərin sayı açıqlandıbackend

Bu il ərzində Şahdağ Turizm Mərkəzinə 156 506 nəfər turist səyahət edib.

“Yeni Gundem” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Şahdağ Turizm Mərkəzi”nin İdarə Heyətinin sədri Rüstəm Nəcəfov deyib.

Rüstəm Nəcəfovun sözlərinə görə, turistlərin 67 821 nəfəri burada olan hotellərdə gecələyib: “Bu il Mərkəzə səfər edən turistlərin 70 %-i yerli turistlər olub. Biz bu ildən erkən təbliğat işlərinə başlamışıq və hesab edirik ki, bu il 50-60 % əcnəbi turistlər olacaq”.

Mərkəzin sədri bildirib ki, qış üzrə Rusiyanın, yay üzrə isə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları üstünlük təşkil edir: “Hindistanla reyslərin artması səbəbindən oradan da turist axını gözləyirik. Hətta 3 000-4 000 nəfərlik qrupların qəbulu üçün danışıqlar aparırıq. Bununla yanaşı, bu il xizək təlimçilərinin sayı 60 %-dək artırılacaq. Ötən il təlimçilərin sayı 70 idi. Amma bu il bu göstərici 110 nəfərə çatdırılacaq. Çünki, insanlarımızın xizəkçiliyə maraqları böyükdür”.

Mərkəz rəhbəri əlavə edib ki, yeni il şənlikləri üzrə bütün paketlər satılıb: “Xidmət çeşidindən və qonaqlama müddətindən asılı olaraq paketlərin qiyməti 2 820 manata qədərdir”.

Təbriz