Bu məhsulların qiymətləri bahalaşdıbackend

2023-cü ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, yoqurtun, xamanın, pendirin, zeytun yağının, naringinin, portağalın, almanın, balqabağın, yerkökünün, soğanın, şəkərin, konfetlərin, çayın, mineral suların, pivənin və tütün məmulatlarının qiymətində müşahidə olunub.

“Yeni Gundem” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ucuzlaşma əsasən çörəyin, unun, qarabaşaq yarmasının, təzə balığın, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, bananın, kələmin, xiyarın, çuğundurun, kartofun və mərcinin qiymətlərində müşahidə olunub.