Bu məktəbdə 8 müəllim koronavirusa yoluxdu, tədris dayandırıldıbackend
Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.
Bu barədə Təhsil Nazirliyindən AZXEBER.COM-a daxil olan məlumatda bildirilir.
Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.