“Bu nə əxlaqsızlıqdır?”backend

Modelyer Elnarə Bəkirovanın başına iş gəlib.

“Yeni Gundem” olay-a istinadən xəbər verir ki, onun maşınını vurublar. Bu barədə Bəkirova instaqramda məlumat paylaşaraq, ikinci dəfədir bu halla rastlaşdığını və polisə müraciət edəcəyini bildirib:

“Səhər oyanırsan, maşını vururlar, cızırlar. Əsəbimdən ölürəm. Maşını normal saxlamışam, heç kimə mane olmadan. Yetərincə yer var keçməyə. Bu nə vicdan,  nə əxlaqsızlıqdır? Bu məsələni belə qoymayacağam, polisə müraciət edəcəyəm. İkinci dəfədir artıq başıma gəlir. Yeni tikili binalar problem yaradır sakinlərə. Market açılır, 10-15 maşınlıq yer tuturlar, evimizə gələndə maşın saxlamağa yer axtarırıq 1 saat”.