Buraxılış imtahanları ölkədə miqyasına və əhatə dairəsinə görə ən böyük imtahandır.
“Yeni Gundem” xəbər verir ki, bu sözləri Təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün həlledici əhəmiyyət kəsb edir.
“Bu qədər vacib imtahana Elm və Təhsil nazirliyinin reaksiyası hiss olunmur. Ölkənin 150 min orta məktəb müəllimi bu quruma tabedir. Ali təhsil müəssisələrində, AMEA-da və digər tədris-metodik mərkəzlərdə yüz minlərlə mütəxəssisi var. Amma özünü yox bir qurum kimi göstərir.Hələ AGMA adlı hər sezon 200 min manat pulu bəxşiş verdiyi, qondarma olimpiyada keçirən təşkilatın “savadlı” üzvlərinin Buraxılış imtahanında istifadə olunan test tapşırıqlarına münasibətini, reaksiyasını görmürəm.İşləri ancaq trolluq, ancaq yaltaqlıqdan ibarətdir. Normalda təhsilə, imtahanlara obyektiv qiymət verən təşkilatlanma olmalıdır.Normalda Elm və Təhsil Nazirliyi hər imtahan sonrası mütəxəssislərini yığıb onun keçirmədiyi, amma ona tabe yüz minlərlə şagirdin həyatı, gələcəyi üçün əhəmiyyət kəsb edən imtahanı, imtahan suallarını təhlil etməli, mövqe nümayiş etdirməlidir.Amma hanı? Bildikləri, bacardıqları ancaq trolluq eləmək, dost-tanışlarını vəzifəyə gətirmək, dövlət büdcəsini qrant layihələri vasitəsilə talamaqdır”,-deyə o qeyd edib.
Fərahim Rəhimov