Bu şəxslərə Prezidentin fərdi təqaüdləri veriləcəkbackend

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

“Yeni Gündəm”-in xəbərinə görə, sərəncamla Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə Akademiyanın aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib:

Abbaszadə Nəzmiyyə Müzəffər qızı

Sinamdzqvarişvili Siala Vaxtanqovna

Yaqubova Tahirə Əhəd qızı.