“Bu, test ibtidai siniflər üçündür, qəbula nə dəxli var” – Etibar Əliyevbackend

“Ali Təhsil müəssisələrinə qəbulda “İnformatika” fənninə status verilməsi abituriyentlərə bu fənni tədris edən müəllimlər üçün yeni tədris vəsaitlərinə zərurət yaradıb. Təhsil nazirliyi və Dövlət İmtahan Mərkəzi bunun öhdəsindən gələ biləcəkmi? Dövlət İmtahan Mərkəzinin hazırladığı “İnformatika” vəsaitinə baxandan sonra məndə ümidsizlik yarandı”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

“Bu kitab imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulub. Gəlin şəkillərini verdiyim əhifələrdəki bir neçə biabırçı test tapşırığına birgə baxaq:

Test: Taktil informasiyadır:

A) eynək taxıb kitab oxumaq

B fonendoskop, eynək, qulaqcıq (?)

C) qaşıqla stəkanda şəkəri qarışdırmaq

D) açıq havada musiqini dinləmək

E) monitora baxmaq

Testin ifadə forması yanlışdır. A, B, C variantlarının hər üçündə taktil, yəni toxunmaqla informasiya var. Bu xarakterli test ibtidai siniflər üçündür, bunun qəbula nə dəxli var.

Test: “Qutablar çox duzludur”, -dedi baba. O, hansı doğru orqanı ilə bunu hiss etdi?

A) göz, qulaq (?), C) burun, D) dəri, E) dil

Burada isə ümumiyyətlə şərhə ehtiyac yoxdur. Uşaq baxçalarında uşaqlar üçün olan testdir.

Davam edək:

1-ci siniflər üçün olan test abituriyentlərə verilir:

İnsan teatrda operaya tamaşa edərkən informasiyanın qəbulunda hansı duyğu orqanları iştirak edir?

A) göz, qulaq

B)göz, dər,  burun (?),

D) burun, dil, dəri

E) dəri, burun

C) dəri, qulaq

Bu testdəki savadsızlığa diqqət edin:

Hökumətin informasiya modelini əks etdirən sənədlərə daxildir:

A) ölkənin əsas qanunu

B) ölkənin coğrafi xəritəsi (?)

C) siyasi terminlərin orfoqrafik lüğəti

D) Milli məcliisin tərkibi

E) əhali və səhiyyəyə aid statistik verilənlər

Siyasi terminlərin orfoqrafik lüğəti? Terminlərin orfoqrafik lüğəti də olur?

Aşağıdakı testdə qoyulan sual savadsızlığı əks etdirir. Bununla yanaşı şəxslərin adları da səhv yazılıb.

Test: Müasir kompüterin  məntiqi quruluşu hansı alim tərəfindən verilib?

A) Hodvard Eyken

B)Qotfrid Leybins

C) Sergey Lebedev

D) Bill Qeyts

E) Fon Neyman

Adlar belə düzdür: Hovard Eyken, Qotfrid Leybnits, Bill Geyts, Con fon Neyman.

Görsənir ki, testi tərtib edənlər mütaliədən kənar qalan və adları çəkilən müəlliflərin əsərlərindən bixəbər olan adamlardır.

Bunlar nəzər yetirdiyim testlərin bir neçəsidir. Daha biabırçı formada tərtib olunan testlər 10-larladır. Mövzuya qayıdacam.

İnformasiya təhlükəsizliyindən, kibercinayətlərdən müdafiə olunmaqdan, Silikon vadisindən, Startaplardan danışırıq sonra isə belə urvatsız test tapşırıqları tərtib edirik. Dünyada gedən proseslərdən də xəbərləri yoxdur. Ancaq imitasiyanı elə gurultulu təqdim edirlər ki, biməyənlər buna həqiqət kimi baxırlar. Biri STEAM adı altında Çin oyuncaqlarını nümayiş etdirir, digəri isə belə urvatsız testlərin tərtib olunmasına rəvac verir. İtirilən nəsillərə isə heç biri cavabdehlik daşımır…”