Budur dünyanın ən qiymətli avtomobil markasıbackend

Interbrand tərəfindən hər il keçirilən Dünyanın Ən Dəyərli Brendləri 2023-ün nəticələri açıqlanıb.

Qiymətləndirmələrə görə, ən qiymətli avtomobil markası Yaponiya mərkəzli Toyota olub.

Dünyanın aparıcı brend məsləhətçi şirkətlərindən biri olan Interbrand hər il qlobal bazarlarda ən dəyərli avtomobil markasını müəyyənləşdirir. 2023-cü il üçün edilən qiymətləndirməyə görə, ən yüksək marka dəyərinə sahib şirkət Toyota olub.

Toyota bütün sektorları əhatə edən siyahıda 100 marka arasında 6-cı yeri tutub. Yapon brendi ötən ildən reytinqini qoruyub saxlaya bilsə də, 8 faizlik artımla brend dəyərini keçən ildən daha da artırıb.

Beləliklə, Toyota 2004-cü ildən bəri öz sektorunda birinci yeri tutmağa davam edir. Interbrand-ın qiymətləndirməsinə görə, Toyota-nın marka dəyəri 59 milyard 757 milyon dollardan 64 milyard 504 milyon dollara yüksəldi. Beləliklə, artan brend dəyəri ilə mövqeyini daha da gücləndirib.

Bununla belə, Toyota 2026-cı ilə qədər minik avtomobillərindən tutmuş yüngül kommersiya avtomobillərinə qədər təxminən 15 fərqli sıfır emissiyalı avtomobil təklif edəcək. Bu avtomobillərdən 6-sı xüsusi hazırlanmış elektrik avtomobil platformasında qurulacaq.

Bundan əlavə, bu dövrdə Toyota-nın Avropadakı illik satışlarının yüzdə 20-nin tam elektriklə olacağı, ildə isə 250 mindən çox tam elektrik satışının həyata keçirilməsi gözlənilir.

 Digər sektorlardakı şirkətlərin də yer aldığı Interbrand-ın paylaşdığı siyahıda sıralamada ilk 5-lik sırasıyla Apple, Microsoft, Amazon, Google və Samsung olub.

Interbrand brendlərin dəyərini təyin edərkən üç əsas təhlildən istifadə edir, o cümlədən məhsul və ya xidmətlərin maliyyə göstəriciləri, satınalma qərarlarında brendin oynadığı rol, brendin rəqabət qabiliyyəti, sədaqəti təşviq etmək və beləliklə, gələcəkdə davamlı tələbi təmin etmək qabiliyyəti.

Mənbə: TGRT

Aynur Camal