Mümkün quru hücumuna görə Qəzza sərhədində toplanan İsrail əsgərlərinə motivasiya şam yeməyi verildiyi görülüb.
HƏMAS-a qarşı başladılan Dəmir Qılınclar Əməliyyatından sonra İsrail ordusu səfərbərlik elan edərək, xaricdə və ölkə daxilində ehtiyatda olan əsgərləri vəzifəyə çağırıb. Orduya gedən əsgərlər avtobuslarla sərhəd xəttinə gətirilib. Qəzza sərhədinə gətirilən yüzlərlə İsrail əsgərinin gözləməyə davam etdiyi sərhəd xəttindəki toplaşma mərkəzinə baxış keçirilib. Toplantı mərkəzində bir araya gələn əsgərlər üçün həvəsləndirici şam yeməyi də təşkil olunub. İsrailli mülki könüllülər sərhəd xəttindəki toplaşma mərkəzinə gələrək ordudakı yüksək rütbəli əsgərlər və ehtiyatda olan əsgərlər üçün yemək hazırlayıblar.
BİR TƏRƏFDƏ BOMBARDIMAN, BİR TƏRƏFDƏ BARBEKYÜ
Mühasirəyə alınmış Qəzzada dinc insanların ölümü ilə nəticələnən bombardman davam edərkən, yüksələn tüstü sərhədin o biri tərəfində manqal tüstüsü ilə eyni səmada birləşərək müharibənin acı tərəfini bir daha ortaya qoyub.
İsrail ehtiyat qüvvələrinin təxminən dörddə üçünü orduya qatmağa çağırıb. Daimi ordu və ehtiyatda olan əsgərlər bir araya gələrək toplantı mərkəzində son hazırlıqları görürlər. Əsgərlərə ləvazimatları verilərkən bəzi əsgərlərin cəbhə xəttinə göndərilməzdən əvvəl saçlarının da kəsildiyi qeyd edilib. Sağlamlıq yoxlamasından keçən əsgərlər İsrail-Qəzza sərhədindəki bölgəyə göndəriləcək.
Xatırladaq ki, HƏMAS oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı əməliyyatı”na başlayıb.
Mənbə: hurriyyət.tr
Aynur Camal