Bukingem sarayının qapısına çırpıldı: Saxlanıldıbackend

İngiltərənin paytaxtı Londonda avtomobilini Bukingem sarayının giriş qapısına vuran sürücü saxlanılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Bundan əvvəl də Bukingem sarayında oxşar hadisələr baş verib. İngiltərənin paytaxtı Londonda avtomobil Bukingem sarayının qapısına çırpılıb.

İngiltərə polisi gecə saatlarında baş verən hadisə ilə bağlı verdiyi açıqlamada sarayın giriş qapısına çırpılan kişi sürücünün saxlanıldığını açıqlayıb.

Hadisənin baş verdiyi anı izah edən bir şahid “böyük partlayış” eşitdiyini ifadə edərək, “Hadisə yerinə gedib baxanda Bukingem sarayının qapısına çırpılan bir avtomobil gördüm” deyib.

Hadisə ilə bağlı təhqiqat başlayıb, xəsarət alan olmayıb.

Mənbə: TrtHaber

Aynur Camal