“Bəli siz hakimiyyətdə olarkən torpaqları ya satdınız ya da ermənilərə peşkəş verdiniz”-DEPUTATbackend

Bildiyiniz kimi 5 il əvvəl, bu günkü gün, növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı yenidən cənab İlham Əliyevə etimad göstərib onu Respublika Prezidenti seçdi. Cənab İlham Əliyev 1993-cü ildən Ümummilli liderin başladığı və 2003-cü ildən özünün davam etdiyi çoxşaxəli fəaliyyətin hesabatını məhz bu dönəmdə, böyük zəfərimizlə verərək Azərbaycanı regionda əsas gücə çevirdi.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Millət vəkili vurğulayıb ki, Heydər Əliyev müstəqil Azərbaycan tarixində istiqlala gedən yoldan müstəqilliyin əldə olunmasına, suverenliyin qorunmasına qədər bütün proseslərin təməlində dayanmış siyasətüstü bir ucalıqdır.

“Xatırlayırsınızsa cənab Prezident 31 oktyabr 2003-də özünün ilk andiçmə mərasimində hədəflərini açıqlayarkən “ölkənin inkişaf strategiyasını uğurla reallaşdırmaq və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyev siyasətinin davam etdirilməli olduğunu” bildirmişdi. Bu gün əminliklə demək olar ki, bütün uğur və qələbələrimizin təməlində məhz cənab İlham Əliyevin həmin vədinə sadiq qalması dayanır. Həqiqətən də Heydər Əliyev müstəqil Azərbaycan tarixində istiqlala gedən yoldan müstəqilliyin əldə olunmasına, suverenliyin qorunmasına qədər bütün proseslərin təməlində dayanmış siyasətüstü bir ucalıqdır. Düzdür bu gün sosial media anarxiyası şəraitində bəziləri hətta özlərini müstəqilliyin banisi, Sovetlər qurluşunu çökdürən super qəhraman kimi sırımağa çalışırlar. Baxmayaraq ki, həmin dövrün təhlili göstərir ki, bu adamlar əksinə o zaman Azərbaycan xalqının suverenliyi yolunda ən böyük maneəyə çevrilmişdilər. Müstəqillik üçün bütün zəmini 1969-cu ildən 1987-ci ilə qədər formalaşdırmış ümummilli Lider özü də böyük uzaqgörənliklə anlayırdı ki, sonralar psevdoqəhrəmanlar meydana çıxacaq və 1993-cü il oktyabrın 10-da dahi lider andiçmə mərasimində bildirmişdi ki, “Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasında hər hansı qrupun, hərəkatın, qüvvənin müstəsna xidmətləri olduğunu heç vəchlə qəbul etmək olmaz”. Eyni mövqeni Prezident İlham Əliyev də 2021-ci ilin oktyabrında Füzuli ictimaiyyəti ilə görüşdə də səsləndirərək bu saxtakarları ifşa etmişdi”.

B.Məhərrəmov qeyd edib ki, İlham Əliyev siyasətinin alternativi yoxdur, və bundan sonra da yalnız və yalnız Heydər Əliyev yolu davam edə bilər.

“Son günlər yəqin ki, müşahidə edirsiz, xəyanətkar qvardiya yenidən aktivləşib, amma bir dənə sağlam arqument yoxdur. Bunlar nə üzlə demokratik dəyərlərdən danışırlar, nazir gəlib canlı efirdə aparıcını döyürdü, Hansı haqla, hansı nəticə ilə bunlar sosial rifahdan, iqtisadiyyatdan danışır? 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə 1600 faiz infliyasiya göstəricisi var idi, bu idi bacardıqları. Bütün bunların fonunda utanmazcasına elə bir mühit formalaşdırılar sanki, Azərbaycan dövlətçiliyinin, o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin irsinin varisi bunlardır. Bəli, siz Xalq Cumhuriyyətinin İrəvanın Ermənistana verilməsi prosesinin varisliyini davam etdirdiz, hakimiyyətə gəlmək, hakimiyyətdə torpaqları ya satdınız ya da ermənilərə peşkəş verdiniz. Bu antimilli dairələr, onların sosial mediaya birə darışmış xain ünsirləri indi də casusları müdafiə etməklə belə bir fon yaratmaq niyyətindədirlər ki, sanki, biz xainləri yox dindarları hədəfə almışıq. Ay adam, ay insan Heydər Əliyev və İlham Əliyev hakimiyyəti illərində ölkədə tikilən məscidlərin sayı sənin o xəyanətkar şuranın üzvlərinizin sayından çoxdur. Qonşu dövlətin casuslarına möhtac qalan, yaxud əməli məhkəmə qaydasında sübut olunmuş məhbusların estafet kimi bir-birinə ötürdükləri saxta “aclıqlarla” qidalanan, bu sayədə ayaqda qalan bir müxalifət, bu xalq üçün ətrafa üfunət yayan cəsəddən başqa bir şey deyil. Ona görə də bu ali tribunadan bir daha bəyan edirik ki, hər kəs həddini yerini biləcək. İlham Əliyev siyasətinin alternativi yoxdur, və bundan sonra da yalnız və yalnız Heydər Əliyev yolu davam edə bilər”.