Bütün LG, Bosch və Sony mağazaları nə vaxt bağlanacaq?backend

Brendli mağazalar tezliklə fəaliyyətini dayandıracaq. Bütün ölkə üzrə məntəqələr bağlanır. Artıq Rusiyada LG, Bosch və Sony-nin ixtisaslaşmış mağazaları bağlanmağa başlayıb. “Kommersant” yazır ki, sonuncu brend satış məntəqələri 2024-cü ilin yayına qədər fəaliyyət göstərəcək Yeni avadanlıq idxalı gözlənilmir. Mağazalar qalıqları satacaq.

Satış məntəqələrinin bağlanması təchizatın dayanması ilə izah olunur. Rusiyadan çıxan şirkətlərin yerini Çin və Türkiyədən tədarükçülər tutacaq. Məsələn, Moskva Afimall City ticarət mərkəzində LG və Sony mağazalarının əvəzinə Türkiyənin Arçelik şirkətinin Grundig mağazası görünəcək. Erkən yazda işə başlayacaq. Qalıqların satışı zamanı ən sərfəli qiymətə məişət texnikası və elektron cihazları qapmaq şansı var.

Hi-Tech Mail.ru soyuducu, elektrik sobası və multivark alarkən düzgün qərar verməyə kömək edəcək tövsiyələr buraxıb.

Mənbə: mail.ru

Aynur Camal