Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycana təşəkkür edib.
”Yeni Gundem” -in məlumatına görə, bu barədə səfir tvitter hesabında qeyd edib.
“Ölkəmizdə və Suriyada baş verən güclü zəlzələlərdən sonra Aİ Komissiyasının təşkil etdiyi Beynəlxalq Donorlar Konfransında yaşayış evlərinin, ictimai və təhsil binalarının tikintisi üçün 100 milyon dollar ianə edən can Azərbaycana və digər bütün ianəçi ölkələrə təşəkkür edirik”, – deyə bildirib.
Qeyd edək ki, Brüsseldə keçirilən Beynəlxalq Donorlar Konfransının iştirakçıları fevralın 6-da Türkiyə və Suriyada baş vermiş zəlzələlədən zərərçəkənlər üçün 7 milyard avro toplayıblar. Konfransda Azərbaycan Respublikasının bölgədə bərpa quruculuq işinə töhfə çərçivəsində, 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub.