“Casamia” MMC-yə inzibati protokol yazılıb.
“Yeni Gundem”-in xəbərinə görə, müvafiq qurum MMC barədə protokolu İnzibati Xətalar Məcəlləsinin 505-ci (Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.
İş Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın icraatındadır. Baxış iclası oktyabrın 17-də keçiriləcək.