Casusluq edən Britaniyalı həbs edildibackend

Çin administrasiyası britaniyalı iş adamının 2022-ci ildə “casusluq” ittihamı ilə 5 il həbs cəzasına məhkum edildiyini açıqlayıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Vinbin gündəlik mətbuat konfransında britaniyalı iş adamı ilə bağlı sualı cavablandırıb.

Onun sözlərinə görə İngiltərə vətəndaşı Ian J. Stounsun 2022-ci ildə “xarici qüvvələrə” kəşfiyyat məlumatı verməklə günahlandırılıb. Stounsun “casusluq” iddiasıyla 5 il həbs cəzası aldığını bildirib. Vanq mövzu ilə bağlı təfərrüatları açıqlamayıb.

Stounsun davası Wall Street Journal-ın dünən dərc etdiyi xəbərdən sonra gündəmə gəlib.

Xəbərdə 70 yaşlarında olan Stounsun təxminən 40 ildir Çində bizneslə məşğul olduğu bildirilib.

Mənbə: TrtHaber

Aynur Camal